Avtoreyd.Az Dörd çarx “Kim içkilidir? gəl gedək” – Gədəbəydə sərxoş sürücülərin şousu – VİDEO

“Kim içkilidir? gəl gedək” – Gədəbəydə sərxoş sürücülərin şousu – VİDEO


Baş Dövlət Yol Polisi İdarəsinin ötən gecə Gədəbəydə reyd keçirib.

AvtoReyd.Az ARB TV-ə istinadən xəbər verir ki, yol polisi qanunun tələblərini izah etməyə sürücü isə sərxoş olduğundan özünə haqq qazandırmağa çalışır.

Yay mövsümündə avtomobillərin intensivliyi müşahidə olunan Gədəbəydə sərxoş sürücülərin çoxluğu Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının diqqətindən yayınmayıb.

Çox təəssüf ki,  bu dəfə də  özlərinin və digər şəxslərin həyatını təhlükə altına atan “sürücülərə” rast gəlinib. Sürücülk vəsiqəsi olmadan avtomobili idarə edən bəzi sükan sahibləri polisə müqavimət göstərməkdən belə çəkinməyib. Amma Gədəbəy rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin şəxslərin barəsində müvafiq tədbirlər görülüb.

Yol polisi qaydaları pozan, təhlükəsizlik kəmərindən istifadə etməyən, sürət həddini aşan, avtomobili sənədsiz idarə edən  və ən əsası da spirtli içki qəbul edərək sükan arxasında əyləşən sürücülərə qarşı tədbirləri davam etdirir.

AvtoReyd.Az

Related Post

Abay Kunanbayev küçəsinin bir hissəsi yenidən quruldu – VİDEO / FOTOAbay Kunanbayev küçəsinin bir hissəsi yenidən quruldu – VİDEO / FOTO

Paytaxt Bakıda uzun illər istismar olunan, nəticədə hərəkət hissəsində çökmələr və deformasiyalar əmələ gələn küçələrin əsaslı şəkildə təmiri istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan kompleks tədbirlər çərvivəsində Binəqədi rayonu Abay Kunanbayev