Avtoreyd.Az Dörd çarx Bakıda taksilərin sayı kəskin azaldılacaq – VİDEO

Bakıda taksilərin sayı kəskin azaldılacaq – VİDEO


Paytaxtda fəaliyyət göstərən taksilərin sayının kəskin şəkildə azaldılacağı gözlənilir.

Xezerxeber.az-ın məlumatına görə,hazırda Bakıda taksi xidməti ilə məşğul olan 15 min fiziki və hüquqi şəxs var.

Bakı Nəqliyyat Agentliyində isə hesab edirlər ki, bu rəqəm olduca çoxdur.

Odur ki, paytaxtda nəqliyyat sisteminin təkmilləşdirilməsinə yönəlik tədbirlər hazırlanır. Planda yer alan əsas məsələlərdən biri taksilərin sayının azaldılmasıdır.

Sürücülərin bir qismi bu təklifi dəstəkləyir. Onlar hesab edirlər ki, taksilərin çoxluğu və bu sahədə nəzarətin istənilən səviyyədə olmaması qeyri-peşəkar sürücülərin bu fəaliyyətlə məşğul olmasına şərait yaradır. Sürücülər deyir ki, taksilərin çoxluğu qiymətin ucuz olmasına səbəb olur. Bu isə sürücülərdən fərqli olaraq müştərilərə sərf edir.

Bununla belə, təklifin əleyhinə çıxan sürücülər də az deyil. Onların sözlərinə görə, taksilərin çoxluğu insanların tələbatının ödənilməsi baxımından yaxşıdır.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətin rəhbəri Mais Ağayev deyir ki, taksilər üçün kvota qoyulacaq. Kvota hüquqi və fiziki şəxslər arasında bölüşdürüləcək. Bu zaman bir sıra amillər nəzərə alınacaq. Avtomobillərin istehsal tarixi və sazlığına xüsusi diqqət yetiriləcək.

http://www.youtube.com/watch?v=AfIC8YL7Z8Q

Related Post

Şamaxının 5 kəndini birləşdirən yolun təmirinə başlanılıb (Video+Foto)Şamaxının 5 kəndini birləşdirən yolun təmirinə başlanılıb (Video+Foto)

Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, sözügedən yolun tikintisi üçün əraziyə lazımi sayda canlı qüvvə

Ağsuda 5 yaşayış məntəqəsini əhatə edən yolun yenidən qurulması yekunlaşırAğsuda 5 yaşayış məntəqəsini əhatə edən yolun yenidən qurulması yekunlaşır

Dövlətimizin başçısının tapşırıq və sərəncamlarına əsasən, beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Ağsu