Avtoreyd.Az Dörd çarx 10 kilometrədək yolda ötmə əməliyyatı qadağandır – VİDEO

10 kilometrədək yolda ötmə əməliyyatı qadağandır – VİDEO


Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən 10 kilometrədək yolda ötmə əməliyyatı qadağandır. Bu da nəqliyyat vasitələrinin normal hərəkətinə mane olur. Sürücülər bir neçə dəfə mənasız yerə cərimələndiklərini də deyirlər.

10 kilometrədək yolda ötmə əməliyyatı qadağandır.

Görüntülər Bakı-Quba yolundandır. Magistral yolun Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisinə düşən hissəsində 10 kilometrədək məsafədə qoşa xətt çəklilib. sürət həddi bəzi yerlərdə 70, digər ərazidə isə 60 kilometr/ saat müəyyənedilib. 10 kilometrədək məsafədə isə ötmək üçün yer qoyulmayıb.

Bu da yolda nəqliyyat vasitələrinin normal hərəkətinə mane olur.

Sürücülər deyirlər ki, həmin yolda sənaye müəssisələri çoxluq təşkil etdiyindən bu ərazidə iri tonnajlı maşınlar ,traktor və digər yük avtomobilləri istədikləri sürət həddini seçirlər. Məhz ona görə də sürücülər bəzi hallarda qarşıdakı nəqliyyat vasitəsini keçmək məcburiyyətində qalırlıar. Bu da onların cərimələnməsi ilə nəticələnir.

Yol hərəkəti üzrə ekspertlər isə bildirirlər ki, 10 kilometrə yaxın məsafədə ötməni qadağan etmək düzgün deyil. Bu, həmin yolda nəqliyyat vasitələrinin sürətinə təsir edir və tıxacların yaranmasına səbəb olur.

http://www.youtube.com/watch?v=hxTvIkivNjE

Related Post

Bərdədə 13.5 min əhalinin istifadə etdiyi yol yenidən qurulur – VİDEO / FOTOBərdədə 13.5 min əhalinin istifadə etdiyi yol yenidən qurulur – VİDEO / FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bərdə rayonunda 13,5 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Muğanlı-Körpüsındıran avtomobil yolunun tikinti işlərinə start verilib Agentlikdən AvtoReyd.Az-a verilən məlumata görə, uzunluğu 17,5