Maraqlı

Gündə 2 dəfə suyun altında qalan yol – VİDEO – FOTOLAR

Fransadakı Qois keçidi adlanan 4,5 km-lik yol gün ərzində 2 dəfə suyun altında qalır.

Keçid Noirmoutier adası ilə Burnef körfəzini birləşdirir.
1840-cı ildən etibarən istifadəyə verilən yolun alternativi olmadığı üçün insanlar məcbur qalıb bu keçiddən istifadə edir. Yolu su basdığı zaman isə keçid 4 metr suyun altında qalır. Bu zaman suyun çəkilməsi bir neçə saat çəkir.
Bəzi hallarda isə insanlar yolu keçən zaman su basır və bu an ətrafda hazır gözləyən xilasetmə qrupları müdaxilə edir.(publika.az)

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.