AvtoReyd.Az Eastnews.org-a istinadən xəbər verir ki, Türkiyə ilə Rusiya arasında əldə olunmuş razılaşma çərçivəsində Rusiyanın “Drive Electro” şirkəti tərəfindən xüsusi olaraq Türkiyənin “Otokar” avtomobil istehsalçısı üçün hazırlanmış birinci elektrobus Türkiyəyə göndərilib. “Drive Electro” və “Otokar” arasında razılaşma 2016-cı ilin dekabrında imzalanıb və 2017-ci ilin avqust ayında elektrobusun ilk nümunəsi Türkiyəyə göndərilib. Uzunluğu 12 metr olan elektrobus şəhər avtobusudır. Avtobusun LTO batareyasının enerji ehtiyatı 40-50 km aralığında məsafəni qət etməyə kifayət edir. Batareyanın doldurulması marşrutların son dayanacaqlarında 6-10 dəqiqə müddətində həyata keçirilir ki, bu da əvvəlki nəsil batareyaların doldurulması üçün sərf olunan vaxtdan orta hesabla 20 dəfə azdır.
Rusiya Türkiyəni elektrobuslarla təmin edəcək.
Categories:
Related Post
Sürücünün sayıqlığı məktəblini ölümdən qurtardı – VİDEOSürücünün sayıqlığı məktəblini ölümdən qurtardı – VİDEO
Norveçdə yük avtomobilinin sürücüsünün sayıqlığı nəticəsində dəhşətli qəzanın qarşısı alınıb. Avtobusdan düşən məktəbli yolu keçmək istəyərkən qarşı tərəfdən gələn yük avtomobilini görməyib. Sürücü vaxtında əyləci basaraq məktəblini ölümdən qurtarıb. Hadisə
Bu marşrutun hərəkət sxemində dəyişiklik edilib.Bu marşrutun hərəkət sxemində dəyişiklik edilib.
7B nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Dəyişikliyə əsasən bu xətt üzrə avtobuslar Yeni Yasamal parkından-Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinədək hərəkət edəcək. Hazırda 7B nömrəli marşrut xətti
Bir neçə dövlət qurumu avtomobillərini hərraca çıxarıbBir neçə dövlət qurumu avtomobillərini hərraca çıxarıb
Bir neçə dövlət qurumu istifadəsiz qalan avtomobillərini hərraca çıxarıb. AvtoReyd.Az Axar.az-a istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu məqsədlə 30 iyul tarixində avtomobil hərracı təşkil edəcək. Auksiona ümumilikdə