Avtoreyd.Az Dörd çarx Piyada keçidi sərt döngədə quraşdırılıb

Piyada keçidi sərt döngədə quraşdırılıb


AvtoReyd.Az xezerxeber.az-a  istinadən xəbər verir ki,Sumqayıtda piyada keçidi sərt döngədə salınıb. Piyada keçidini bildirən nişanın ağacların arasında quraşdırılması isə qəza şəraitini qaçılmaz edir.

Piyada keçidini bildirən nişan sərt döngədə quraşdırılıb.

Görüntülər Sumqayıt şəhəri Heydər Əliyev prospektindəndir. Yoldakı sərt döngədə piyada keçidi salınıb. Nişan sərt döngədə və ağacların arasında quraşdırılıb. Bu da sürücülərin nişanı görmələrinə mane olur.

Sürücülər piyada keçidinin sərt döngədə qoyulmasını düzgün hesab etmirlər. Bildirirlər ki, sürücü hansı sürət həddini seçməsindən asılı olmayaraq, həmin keçiddə təhlükə ilə üzləşə bilər. Bu səbəbdən də mövcud piyada keçidinin yerinin dəyişdirilməli olduğunu deyirlər.

Sakinlərin sözlərinə görə, bəzi sürücülər ərazidə piyada keçidinin olmasından belə xəbərsizdir. Bu da qəza şəraitini qaçılmaz edir.

Sumqayıt şəhər “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsindən isə məsələyə münasibət bildirən olmadı.

Related Post

Ağstafada yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur (Video+Foto)Ağstafada yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur (Video+Foto)

Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidən qurulmasına başlanılıb. 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun uzunluğu 9.3 km təşkil edir. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin

Bu marşrut xətti üzrə balans yükləmə aparatı tapılmır (Video)Bu marşrut xətti üzrə balans yükləmə aparatı tapılmır (Video)

XırdalandanBakıya və əks istiqamətdə hərəkətdə olan marşrut avtobusu kart sisteminə keçsə də, yolboyu balans yükləmə aparatlarının olmaması sakinlərin narahatlıgına səbəb olub. Xezerxeber.az-ın məlumatına görə, söhbət Abşeron rayonunun Xırdalan şəhərindən Bakıya və ya əks istiqamətdə hərəkətdə