Avtoreyd.Az Gündəm BNA avtobus sürücüsünün polis tərəfindən saxlanmasına aydınlıq gətirib (Foto)

BNA avtobus sürücüsünün polis tərəfindən saxlanmasına aydınlıq gətirib (Foto)


Bakı Nəqliyyat Agentliyi marşrut avtobusunun sürücüsünün polis tərəfindən saxlanması ilə bağlı məsələyə aydınlıq gətirib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, sentyabrın 12-də saat 21:15-də Zabrat-Maştağa yolunda Hüseyn Aslanovun idarə etdiyi 90 ZU 964 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil 10 TH 203 dövlət nömrə nişanlı 131 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusu vurub.

Qəzadan sonra avtomobilin sürücüsü avtobus sürücüsündən polisə şikayət edib.

Polis əməkdaşları da həmin şikayət əsasında bu gün avtobusun sürücüsünü saxlayaraq ifadəsini alıb.

Məsələ aydınlaşandan sonra avtobus sürücüsü sərbəst buraxılıb.

Related Post

Bakıda şəhid qızını maşınla vurub öldürübmüş məhşur biznesmenin oğlu həbs edildi – RƏSMİBakıda şəhid qızını maşınla vurub öldürübmüş məhşur biznesmenin oğlu həbs edildi – RƏSMİ

Səbail rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. Bakı