Bakının Yasamal rayonunda, Əbdülvahab Salamzadə küçəsində genişləndirilmə işləri aparılıb. Bu barədə AvtoReyd.Az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, genişləndirilən yol hissəsinin uzunluğu 400 metrdir. Küçənin “Qələbə dairəsi”nə doğru olan hissəsində əsas yolla köməkçi yolu ayıran ayrıcı zolaq ləğv edilib. Nəticədə sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti təmin olunub, həmçinin əlavə daha 1 hərəkət zolağı yaranıb. Genişləndirmə işləri aparılan hissəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib və yola üfiqi nişanlanma xətləri çəkilib.
Salamzadə küçəsində genişləndirmə işləri aparıldı – FOTO
Related Post
Sabaha olan hava proqnozu açıqlanıbSabaha olan hava proqnozu açıqlanıb
Dekabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, gün ərzində arabir çiskinli olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumatına görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron
Bu gün saat 17:00-dan sonra bu yollar bağlanacaq – SİYAHIBu gün saat 17:00-dan sonra bu yollar bağlanacaq – SİYAHI
Bu gün IV İslam Həmrəyliyi Oyunlarının bağlanış günü ilə əlaqədar Bakı yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Bağlanış mərasimi ilə əlaqədar bu gün Heydər Əliyev prospektinin “Excelsior” hotelinin qarşısındakı yol qovşağından
Dövlət Yol Polisində ciddi dəyişikliklər olacaq?!Dövlət Yol Polisində ciddi dəyişikliklər olacaq?!
Azərbaycanın ən korrupsiyalaşmış dövlət qurumlarının siyahısında illərdir ön sıralarda duran Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ), nəhayət, ciddi dəyişikliklər gözlənilir. “AzPolitika.info”-ya mötəbər mənbələrdən daxil olan məlumata görə, 25 ildən artıqdır