Avtoreyd.az bildirir ki, Çinin Şanxay şəhərində 2000 tonluq buddist məbədinin yerinin dəyişdirilməsiylə bağlı qərar, yanğın təhlükəsizliyi baxımından verilib.
Mühəndis və texniklər məbədi 30 metr yerindən çəkərək, onu əvvəlki səviyyəsindən bir metr hündürə qaldırıblar.
135 yaşlı “Nefrit Budda” paqodası Şanxay şəhərinin əsas görməli yerlərindəndir.Buddist məbədinə hər gün minlərlə turist və zəvvar gəlir.