Avtoreyd.Az Gündəm Bakı metrosunda 9 yeni stansiya tikiləcək

Bakı metrosunda 9 yeni stansiya tikiləcək


“Bakı metropoliteni” QSC metronun “yaşıl” xəttinin genişləndirilməsi ilə bağlı tikinti işlərinə başlayıb.

AvtoReyd.Az bildirir ki, bunu Trend-ə “Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətinin rəisi Etibar İsayev deyib.

Onun sözlərinə görə, yenis stansiyalar üçün ərazi artıq ayrılıb: “Tikinti artıq başlayıb, amma hələlik konkret tarixlər barədə danışmaq tezdir”.

Gələcəkdə metropolitenin “yaşıl” xəttinin dairəvi xəttə çevrilməsi planlaşdırılır. Bununla bağlı olaraq “Xətai” və “Həzi Aslanov” stansiyaları arasında 3 stansiyanın tikilməsi və “Dərnəgül”lə “Həzi Aslanov” stansiyalarının birləşdirilməsi nəzərdə tutulur. Ümumilikdə “Dərnəgül” və “Həzi Aslanov” stansiyaları arasında 9 stansiyanın tikintisi planlaşdırılır.

E.İsayev həmçinin qeyd edib ki, Bakı Metropoliteninin “bənövşəyi” xəttində də tikinti işləri davam etdirilir.

Related Post

Sabah güclü külək olacaqSabah güclü külək olacaq

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. AvtoReyd.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir ki, səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb