Avtoreyd.Az Dörd çarx Əzilmiş avtomobili necə tanımaq olar? – Maşın almaq istəyənlər üçün mütəxəssis rəyi – VİDEO

Əzilmiş avtomobili necə tanımaq olar? – Maşın almaq istəyənlər üçün mütəxəssis rəyi – VİDEO


Avtomobil alıcılarının ən çox diqqət yetirdikləri məqamlardan biri həmin maşının vurulmuş, əzilmiş olmamasıdır. Bunu da maşının sonradan boyanıb-boyanmaması ilə müəyyən edirlər. Bəs aldanmamaq üçün hansı nüanslara fikir vermək lazımdır? Əməkdaşlarımız bu suala peşəkar rəngsazlar ilə cavab tapıblar.

Xezerxeber.az-ın məlumatına görə, kimisi avtomobilə maqnit yapışdıraraq, kimisi isə əl ilə dəmiri taqqıldadaraq avtomobilin hansı detalının sonradan boyandığını yoxlayır. Amma əslində bu üsullar sürücüləri aldada bilər.

Peşəkar ustalar deyirlər ki, sonradan boyanmış detalı yaxından diqqətlə baxaraq müəyyənləşdirmək olur.

Digər əsas məsələ ilə detallar arasındakı məsafədir ki, bunu da diqqətlə yoxlamaq lazımdır. Detalın hansısa yeri əyridirsə, demək ora qəza zamanı əzilib.

Rəngsaz Vüqar Abdulov deyir ki, hətta avtomobil üzəri tozlu olduqda da insanı aldada bilər. Ona görə avtomobil alanda mütləq yuduzdurmaq lazımdır ki, əskiklikləri görmək mümkün olsun.

Related Post

Sumqayıt polisinin növbəti reydi: qanunsuz sərnişin daşıyanlar cərimələndi – VİDEOSumqayıt polisinin növbəti reydi: qanunsuz sərnişin daşıyanlar cərimələndi – VİDEO

Sumqayıt Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin əməkdaşları sürücülərə qarşı növbəti reyd keçirib. Şəhərin müxtəlif ərazilərində keçirilən reyd zamanı qanunsuz sərnişindaşıma ilə məşğul olan marşrut sürücüləri cərimələnib. http://xeberle.com