Avtoreyd.Az Dörd çarx Cərimə protokolu çaşqınlıq yaratdı – Ünvanla ərazinin şəkli uyğun gəlmir – VİDEO

Cərimə protokolu çaşqınlıq yaratdı – Ünvanla ərazinin şəkli uyğun gəlmir – VİDEO


Cərimə protokolundakı şəkil Lənkəranın kəndinə məxsusdur, ünvan olaraq isə tam başqa ərazi göstərilib.

Xezerxeber.az-ın məlumatına görə, Lənkəranın Şirinsu kənd sakini Pərviz Miriyev bir müddət əvvəl özünə məxsus minik avtomobilini adına qeydiyyata saldırmaq istəyib. Lakin ona bildirilib ki, maşının 5 dənə cəriməsi var.

Pərviz Miriyevin sözlərinə görə, cərimələrin bir neçəsi sistemə yerləşdirilməyib. O da həmin cərimələri sistemə yerləşdirilməsinə nail olub və ödəyib. Lakin 150 manat miqdarında olan bir cərimə ilə razılaşmır.

Pərviz Miriyev deyir ki, may ayının 5-də tərtib edilən protokolda ciddi səhvlər var. Çünki qayda pozuntusunu göstərən sənəddə şəkil Şirinsu kəndinə, qeyd olunan ünvan isə tam başqa əraziyə məxsusdur.

Pərviz Miriyev bildirir ki, protokolun texniki səhv ucbatından tərtib edildiyini polis əməkdaşları da təsdiqləyib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictiamiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Xəzər Xəbər”ə bildirdi ki, cərimə həmin vaxt etibarnaməyə sahib olan Elşən İbrahimlinin adına yazılıb.

Elşən İbrahimli qeyd olunan vaxtda avtomobili idarə etmədiyinə dair vəsatət qaldırmalı, Pərviz Miriyev də bunu təsdiqləməlidir. Bundan sonra isə Pərviz Miriyev Baş Dövlət Yol Polisi İdarəsinə yazılı üsulla, yaxud da qurumun rəsmi internet saytı vasitəsilə müraciət edərək məsələnin araşdırlmasına nail ola bilər. Elşən İbrahimli özü də birbaşa araşdırma üçün müraciət edə bilər. Lakin qayda pozuntusu təsdiqini taparsa, cərimə və cərimə balı onun adına yazılacaq.

Related Post

31 km-lik Şəmkir – Yeni Göyçə – Dağ Cəyir avtomobil yolu yenidən qurulur – VİDEOREPORTAJ / FOTO31 km-lik Şəmkir – Yeni Göyçə – Dağ Cəyir avtomobil yolu yenidən qurulur – VİDEOREPORTAJ / FOTO

“Azəravtoyol” ASC AvtoReyd.Az-a verilən məlumata görə Şəmkir – Yeni Göyçə – Dağ Cəyir avtomobil yolunda yenidən qurma işləri aparılır. Ümumi uzunluğu 31 km olan yolda aparılan torpaq işləri artıq yekunlaşmaq üzrədir. 3-cü texniki

Padar-Böyük Söyüdlü-Qarabulaq-Çaldaş avtomobil yolu yenidən qurulurPadar-Böyük Söyüdlü-Qarabulaq-Çaldaş avtomobil yolu yenidən qurulur

Ölkədə yol infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən sistemli fəaliyyət çərçivəsində Oğuz rayonu Padar-Böyük Söyüdlü-Qarabulaq-Çaldaş