Avtoreyd.Az Gündəm Maştağada avtobus sürücüləri tətil etdilər

Maştağada avtobus sürücüləri tətil etdilər


Bu gün səhər 131 nömrəli sərnişin avtobusunun sürücüləri işə çıxmayıb.

AvtoReyd.Az APA TV-yə istinadən xəbər verir ki, sonuncu dayanacaqları Maştağa qəsəbəsində olan avtobus sürücüləri 92 manatlıq gündəlik planlarının qalxmasına etiraz ediblər.

Sürücülərin sözlərinə görə, marşrut xəttin sahibi ehtiyat hissələrinin bahalaşdığını əsas gətirərək gündəlik planı 13 manat artırıb və 105 manata çatdırıb. Bu isə onlara sərf etmir. Bundan başqa, nahar fasilələrinin olmaması sürücüləri daha çox narahat edən problemlərdən biridir.

Marşrut xəttin nəzarətçisi Tahir Həsənov isə bildirdi  ki, səhər sürücülərin işə çıxmadığını bilən kimi digər marşrutlardan əlavə sürücülər cəlb olunub. Hazırda 131 saylı xətt üzrə hərəkət edən avtobusda, demək olar, problem yoxdur: “Düzdür, bu gün sürücülərin sayı azdır. Təmirdə olan maşınlar da var. Sabah hamıya zəng eləmişəm, çıxacaqlar işə. 115 manat işləyirdilər, etiraz etdilər, saldıq aşağı, oldu 95 manat. İndi məktəb açılıb, 5 manat qalxıb. Söhbət bundadır”.

Sürücülərdən kamera qarşısında danışmaq istəyən olmadı. Bəziləri problemin, demək olar, həll olunduğunu, daha doğrusu, xəttin sahibi tərəfindən onlara müəyyən güzəştin olunacağına söz verildiyini dedilər. Marşrut xəttin əsas nəzarətçiləri isə çəkiliş qrupumuzu görən kimi maşına minərək hadisə yerindən uzaqlaşdılar.

Bağda yığışan və 18 saat işləyən təxminən 20 nəfər sürücü günün sonuna kimi problemlərinin həll olunacağına inandıqlarını bildirdilər.

Qeyd edək ki, rəhbərlik ilkin olaraq yalnız şənbə günü üçün planın aşağı salınacağına söz verib.

AvtoReyd.Az

http://www.youtube.com/watch?v=sJUzUOQYwj4

Related Post

Sumqayıtdakı yeni avtobuslarda kondisionerlər işlədilmir – sərnişinlər narazıdır – VİDEOSumqayıtdakı yeni avtobuslarda kondisionerlər işlədilmir – sərnişinlər narazıdır – VİDEO

Sumqayıtda günün ən qızmar vaxtı müasir marşrut avtobuslarında kondisionerləri işlətmirlər. AvtoReyd.Az Xezerxeber.az-ın məlumatına görə,bildirir ki, avtobusların pəncərəsi açılmadığından və yaxud çox kiçik olduğundan içəridə temperatur yüksək olur və havasızlıq yaranır. Şəhər