Avtoreyd.Az Dörd çarx Bakıda yerüstü keçiddən istifadə etməyən piyadalar : “Tələsirəm”, “Görmədim”, “Bir də olmaz…”

Bakıda yerüstü keçiddən istifadə etməyən piyadalar : “Tələsirəm”, “Görmədim”, “Bir də olmaz…”


Vətəndaşların yerüstü piyada keçidindən istifadə etməmələri bir sıra hallarda ölüm və xəsarətlərlə nəticələnir.

Keçən ay baş verən, piyada vurulması ilə nəticələnən avtoqəzaların bir qismi piyada keçidinin altında və yaxınlığında baş verib.

Xətai rayonu, Nobel prospektində qeyd olunan problemi araşdırmaq məqsədi ilə videoreportaj hazırlayıb. Həmin ərazidə 6 yerüstü piyada keçidinin olmasına baxmayaraq, piyadaların çoxu onlardan istifadə etmir, nəqliyyat üçün nəzərdə tutulmuş yoldan keçirlər.

Çəkilişin aparıldığı 1 saat ərzində 48 nəfər piyada keçidi vasitəsilə deyil, avtomobillərin sürətlə hərəkət etdiyi yoldan istifadə edərək yolu keçiblər, onların içərisində ailə üzvləri, hətta körpə uşağı ilə keçənlər də olub. Həmin vətəndaşların əksəriyyəti özlərini haqlı çıxarmağa çalışıblar, bəziləri piyada keçidini görmədiyini bildiriblər.

“Niyə keçiddən istifadə etmirsiniz, həyatınızı təhlükəyə atırsınız?” sualına ən çox verilən cavablar isə belədir: “Tələsirəm”, “Görmədim”, “Birdə olmaz”…

“Report”

Related Post

Kamera var, amma haranı çəkdiyi bilinmir – Söhbət avtobuslara quraşdırılan kameralardan gedir – VİDEOKamera var, amma haranı çəkdiyi bilinmir – Söhbət avtobuslara quraşdırılan kameralardan gedir – VİDEO

Paytaxda fəaliyyət göstərən marşurut avtobuslarından birində kamera sərnişin və sürücünü çəkmir. Kameranın obyektivi avtobusun tavanını baxır. Həmin görüntünü sərnişinlərdən biri çəkərək ”XəzərXəbər”in votsap nömrəsinə göndərib. Müşahidə kamerası sərnişinləri və sürücünü

Azərbaycana elektrobus gətirilirAzərbaycana elektrobus gətirilir

Belarusun ictimai elektrikli nəqliyyat istehsalçısı olan “Belkommunmaş” şirkəti Azərbaycana 4 böyük tutumlu elektrobus təchizatına hazırlaşır. AvtoReyd.Az Belarus KİV-inə istinadən xəbər verir ki, avtomobillər Gəncə şəhərində bunun üçün xüsusi hazırlanmış marşrut üzrə sınaqdan keçiriləcək. Gələcəkdə yerli