Avtoreyd.Az Gündəm Xəbərdarlıq: Bu avtomobil yollarında təhlükə var – VİDEO

Xəbərdarlıq: Bu avtomobil yollarında təhlükə var – VİDEO


Bakı-Şamaxı-Ağsu, Bakı-Qobustan-İsmayıllı yolunda sürüşmə prosesi davam edir. Yağışlı havalar prosesi daha da sürətləndirib. Yollarda isə çatlar əmələ gəlib. Mütəxəssislərə görə çatın səbəbi ətrafdakı yamacların kəsilməsidir.

Bakı-Şamaxı-Ağsu yolunda sürüşmə hadisələri baxımından vəziyyət gərgindir. Yolun 106-107-ci kilometrliyində asfalt üzərində yeni çatlar yaranıb. Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi Starə Tarixəzərinin sözlərinə görə, payızda havanın rütubətli keçməsi, yağıntıların çox olması sürüşmələrin daha da fəallaşmasına səbəb ola bilər.

Bakı-Qobustan-İsmayıllı yolunda isə çatlar müşahidə olunmasa da sürüşmə prosesi gedir.

Hazırda Quba-Xınalıq zonasında, Şah dağ yay-qış istirahət kompleksinə gedən yolun ətraflarında, Göygöl-hacıkənd yolunda həm uçqun həm də sürüşmə gözəçarpır. Böyük Qafqazın cənub yamacında fəallaşan sürüşmə Şamaxının 4, İsmayllının Basqal kəndinə və Ağsunun bəzi ərazilərinə təsir edib.Sürüşmələr həm də Girdimançay kimi çay dərələrində geniş yayılıb.

Related Post