Avtoreyd.Az Dörd çarx Bu şəhərdə artıq avtomobil qəzaları olmayacaq

Bu şəhərdə artıq avtomobil qəzaları olmayacaq


İslandiyanın İsafordyur şəhərində avtomobil idarə edən sürücülərin diqqətlərini və məsuliyyətlərini artırmaq məqsədilə yollarda 3D piyada keçidləri quraşdırılıb.

AvtoReyd.Az Publika.az-a istinadən xəbər verir ki, gözoxşayan küçə incəsənəti həmçinin təhlükəsizlik vəzifəsini yerinə yetirərək, sürücülərin keçidə yaxınlaşanda sürəti azaltmalarına xidmət edəcək. Artıq İsafordyur yollarını bəzəyən bu 3D keçidlər əsl optik illüziya effekti yaradaraq, şəhərin küçələrinə xüsusi gözəllik də qatır.

Qraffiti sənətinin maraqlı bu nümunəsi şəhər yollarını bəzəməklə yanaşı, əhali üçün də faydalı olacaq. Çünki o, sürücülərdən əlavə piyadaların da xüsusi marağına səbəb olub, addımlarını yavaşlatmağa sövq edəcək.

Xatırladaq ki, belə bir təcrübə daha öncə Hindistanın Əhmədabad şəhərinin 4 küçəsində həyata keçirilib. Nəticədə, bu yollarda baş verən avtomobil qəzalarının sayı son 6 ay ərzində 0-a enib.

Ümid edək ki, tezliklə bu yeni üsul ölkəmizin də yollarını bəzəyəcək.

Related Post

DİQQƏT! Rənglənmə ilə əlaqədar hərəkət hissə-hissə məhdudlaşdırılacaq.DİQQƏT! Rənglənmə ilə əlaqədar hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Lökbatan-Qobu-Hökməli avtomobil yolunda yeni üfüqi nişanlanma xətlərinin çəkilişi ilə əlaqədar olaraq 14 may 2018-ci il tarixində saat 11:00-dan etibarən hərəkət hissə-hissə