Avtoreyd.Az Gündəm Bakıda yeni çəkilmiş yol belə çökdü – ŞOK GÖRÜNTÜ – (VİDEO+FOTO)

Bakıda yeni çəkilmiş yol belə çökdü – ŞOK GÖRÜNTÜ – (VİDEO+FOTO)


“APA-Economics” xəbər verir ki, paytaxtın Nizami rayonunda yerləşən Mehdi Abbasov küçəsinin (“İmperator” şadlıq sarayının qarşısı) bir hissəsində çökmə qeydə alınıb.

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli “APA-Economics”ə açıqlamasında bildirib ki, həmin yolun altından kanalizasiya kollektoru keçir və onun istismar müddəti bitib: “Kollektorun çökməsi nəticəsində yolda çökmə baş verib. Kanalizasiya suları yol yatağını yuyub, nəticədə 2-3 metr dərinliyində quyu əmələ gəlib”.

Qurum rəsmisi əlavə edib ki, hadisə yerinə “Azəravtoyol” ASC-nin və “Azərsu” ASC-nin əməkdaşları cəlb olunublar. “Fəsadlar aradan qaldırılacaq. Əvvəlcə kollektorun bərpası işi aparılacaq. Bundan sonra yolun bərpası istiqamətində addımlar atacağıq”, – deyə o bildirib.

Ötən gün “Azəravtoyol” ASC-nin yaydığı məlumatda bildirilib ki, intensiv yağışlar nəticəsində dünən səhər saatlarında Yasamal rayonu, Musabəyov parkının arxasında, Mirəli Seyidov küçəsində yolda çökmə hadisəsi baş verib.

http://www.youtube.com/watch?v=mhrTR8BMZ7E

Related Post

“Formula-1” ilə əlaqədar bəzi yol kəsişmələrində svetoforlara yeni siqnal əmri verilib“Formula-1” ilə əlaqədar bəzi yol kəsişmələrində svetoforlara yeni siqnal əmri verilib

Bakı Nəqliyyat Agentliyinin (BNA) qərarı ilə paytaxtımızda keçiriləcək “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar 19-26 iyunun tarixlərində aşağıda qeyd edilən küçə və prospektlərin kəsişmələrində quraşdırılan siqnal kontrollerlərinə “sarı döyünən işıq” və