Avtoreyd.Az Dörd çarx Avtomobillərin drenaj sistemləri təmizlənməlidir – su dola bilər – VİDEO

Avtomobillərin drenaj sistemləri təmizlənməlidir – su dola bilər – VİDEO


Yağışlı havalarda avtomobilin salonuna su daxil ola bilər.

Xezerxeber.az məlumat verir ki, buna səbəb avtomobilin bir neçə hissəsində olan drenaj borularının palçıq və yaxud qurumuş yarpaqlarla dolmasıdır.

Ustaların bildirdiyinə görə, son günlər belə şikayətlə müraciət edənlərin sayı artıb.

Halbuki, hər bir sürücü sadə bir üsulla avtomobildəki drenaj sistemlərinin tutulub- tutulmadığını yoxlaya bilər.

Əgər alın şüşəsinə tökülən su yerə gec tökülürsə və ya heç tökülmürsə, bu, təhlükədən xəbər verir. Belə olduqda ustaya müraciət etməli və ya mil vasitəsi ilə drenaj sistemləri təmizlənməlidir.

Sorğularımız isə onu göstərir ki, bir çox sürücü bundan xəbərsizdir.

Yağışlı günlərin hələ qabaqda olduqunu nəzərə alan ustalar, sürücülərə avtomobillərin drenaj sistemini təmizlətdirməyi tövsiyə edir.

Related Post

Qazax rayonunun bir neçə kəndini birləşdirən yol əsaslı şəkildə yenidən qurulubQazax rayonunun bir neçə kəndini birləşdirən yol əsaslı şəkildə yenidən qurulub

Qazax rayonunun Daş Salahlı–Ürkməzli–Dəmirçilər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşıb. Qurumdan AvtoReyd.Az -a verilən

Xocahəsən-Lökbatan yolunda təmir işləri aparılacaqXocahəsən-Lökbatan yolunda təmir işləri aparılacaq

Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 2 fevral tarixindən etibarən Xocahəsən-Lökbatan avtomobil yolunda təmir-bərpa işlərinə başlanılır. Sürücülərdən təmir-bərpa işlərinin aparıldığı müddət