Avtoreyd.Az Dörd çarx Bakıda piyadaların üstünü çirkləndirən sürücü məsuliyyətə cəlb edildi

Bakıda piyadaların üstünü çirkləndirən sürücü məsuliyyətə cəlb edildi


Oktyabrın 3-də Bakıda 4 avtomobil sürücüsü ehtiyatsızlıq edərək piyadaların üst-başını çirkləndirib.

Bu barədə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis-polkovniki Vaqif Əsədov məlumat verib.

Bölmə rəisi bildirib ki, bəzi sürücülər hava şəraitini nəzərə almadan yollarda yüksək sürətlə hərəkət edir, yollarda yığılan yağış suları və lilli suya nəzər yetirmədən yol kənarı ilə hərəkət edən piyadaların üstünü çirkləndirirlər: “Bununla bağlı ötən gün 4 avtomobil sürücüsü barədə məlumat daxil olub. Artıq həmin avtomobillərdən birinin yeri müəyyənləşdirilərək saxlanılıb və sürücü inzibati qaydada məsuliyyətə cəlb edilib. Sürücülərdən xahiş edirik ki, hava şəraiti ilə əlaqədar yollardakı vəziyyəti nəzərə alsınlar və piyadalara diqqət yetirsinlər”. (trend)

Related Post

Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində nəqliyyatın sıxlığı müşahidə edilirHeydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində nəqliyyatın sıxlığı müşahidə edilir

Bir qədər əvvəl Ramana körpüsünün üzərində yol qəzası baş verdiyindən hazırda Heydər Əliyev Beynəlxalq Aerportu istiqamətində nəqliyyatın sıxlığı müşahidə edilir. AvtoReyd.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat

Yasamalda daha iki küçənin əsaslı şəkildə təmiri yekunlaşır (Video+Foto)Yasamalda daha iki küçənin əsaslı şəkildə təmiri yekunlaşır (Video+Foto)

Bu gün ölkəmizdə yol infrastrukturunun tamamilə yeniləşdirilməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz