Son üç gündə Azərbaycanda 23 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.

O bildirib ki, yağışlı günlərdə – 2-4 oktyabr tarixlərində ölkə yollarında baş vermiş qəzalar zamanı 8 nəfər ölüb, 34 nəfər yaralanıb.

“Qəzaların əksəriyyətini avtomobillərin toqquşması və piyadaların vurulması təşkil edib”, – deyə, K.Əliyev əlavə edib.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.