Avtoreyd.Az Dörd çarx Prezident yol tikintisinə 6,4 milyon manat ayırdı

Prezident yol tikintisinə 6,4 milyon manat ayırdı


Azərbaycan prezidenti İlham Əliyev Göyçay rayonunun Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, 11 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun tikintisi məqsədi ilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,4 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Related Post

Sulutəpə dairəsindən Biləcəri qəsəbəsi istiqamətində olan yol təmir olunub – VİDEOSulutəpə dairəsindən Biləcəri qəsəbəsi istiqamətində olan yol təmir olunub – VİDEO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci km-də, Sulutəpə dairəsindən Biləcəri qəsəbəsi istiqamətində (Daş bazarı) olan yol təmir edilib. “Azəravtoyol” ASC-dən AvtoReyd.Az–a verilən məlumata görə, təmir işləri Sulutəpə dairəsindən Biləcəri qəsəbəsi istiqamətində təqribən 500