Bakıdan Gəncəyə sürət qatarı ilə sərnişinlər təxminən 4 saata çata biləcəklər. Gələn il istifadəyə verilməsi planlaşdırılan Bakı-Gəncə sürət qatarında gediş haqqı təqribən 20 manat olacaq.

Xezerxeber.az məlumat verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sərnişinlər Bakıdan Gəncəyə sürət qatarı ilə təxminən 4 saata çata bilərlər. Bu istiqamətdə gediş haqqı 10-14 dollar arası hesablanıb ki, bu da təqribən 20 manat edir.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.