Sosial şəbəkə istifadəçiləri İranın şimalında XX əsrin əvvəllərinə aid klassik radioqəbuledici şəklində tikilən avtobus dayanacağı aşkar ediblər. Qeyri-adi konstruksiya İnternetdə tez bir zamanda əsl hitə çevrilib.
İranın Gülüstan əyalətinin inzibati mərkəzi olan Gürgan şəhərində yerləşən bu dayanacaq haqqında məlumatı, Sputnik Persian verib.
Dayanacaq özünə yalnız yaradıcı dizaynı baxımından maraq cəlb etmir. Belə ki, eyni zamanda onun divarlarına, daxilindən gecə-gündüz ətrafa ənənəvi fars musiqisi yayılan səsli dinamiklər quraşdırılıb.
Dayanacağın şəkilləri qısa müddət ərzində sosial şəbəkələrin İran seqmentini məftun edib. Gürgan şəhər rəhbərliyinin şəhərin abadlığına bu cür yaradıcı yanaşması sosial şəbəkə istifadəçilərinin əksəriyyətinin ürəyincə olub. Onların fikrincə, “radio-dayanacaq” əyalətin mərkəzi olan Gürgan şəhərinin küçəsinin ayrılmaz hissəsinə çevrilib.
Bir çox İran vətəndaşı etiraf edib ki, ilk dəfə İnternetdə dayanacağın şəkillərini gördükdə, fotonun xaricdə çəkildiyini düşünüblər. Lakin arxitektura obyektinin İran şəhərlərindən birinin rəhbərliyinin təşəbbüsü ilə yaradıldığını bildikdə, çox təəccüblənilər.
İstifadəçilərdən biri isə öz növbəsində, qeyd edib ki, belə dayanacağın bir “mənfi” tərəfi də var: burada dayanan sərnişin qəflətən gözəl musiqiyə maraqla qulaq asmaqla, lazım olan avtobusu əldən buraxa bilər.
