Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 22:00-dan Bakının Heydər Əliyevvə Babək prospektlərinin, eləcə də Yusif Səfərov küçəsinin kəsişməsindəki yol qovşağında üfüqi nişanlanma xətləri yenidən çəkiləcək.

AvtoReyd.Az “Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, bununla əlaqədar avtomobillərin hərəkəti qismən (yol bağlanmadan) məhdudlaşdırılacaq.

Rənglənmə işləri səhər saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən ərazidə diqqətli olmaları xahiş olunur.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.