Avtoreyd.Az Gündəm Sürücüləri sevindirən xəbər – “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilir

Sürücüləri sevindirən xəbər – “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilir


Azərbaycanda nəqliyyat vasitəsi istifadəçiləri üçün parklanma müddəti ilə bağlı dəyişiklik edilir.

AvtoReyd.Az-in Trend-ə istinadən verdiyi məlumata görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna yeni dəyişikliklərin edilməsi təklif edilir.

Hazırda bu qanuna əsasən, bir parklanmanın müddəti 24 saatdan artıq ola bilməz. Bu müddətin bitməsinə 1 saat qalmış İnzibati Xətalar Məcəlləsinin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir. Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda İXM-nin 127-2.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati protokol tərtib edilir, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir.

Qanuna görə, 24 saatın bitməsinə 1 saat qalmış İXM-nin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir. Müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminəqliyyat vasitəsi istifadəçisinin mobil telefon nömrəsinə inzibati xəta törətməsi, xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, İXM-ə əsasən, inzibati məsuliyyət cəlb edilməsi, cərimənin məbləği barədə ödənişsiz SMS məlumatı göndərilir.

Bu deyilənlər isə onu deməyə əsas verir ki, bir parklanmanın müddəti 24 saat müəyyən edilibsə, bu vaxt tamam olmamış nəqliyyat vasitəsi istifadəçisinin məsuliyyəti yarana bilməz, ona görə də qanunda dəyişikliklərin edilməsinə ehtiyac var.

AvtoReyd.Az

Related Post

Sürücü “Lukoil”də yanacaq oğurluğunun üstünü belə açdı: “Ehtiyacım var idi…” – VİDEOSürücü “Lukoil”də yanacaq oğurluğunun üstünü belə açdı: “Ehtiyacım var idi…” – VİDEO

Bakıda yanacaqdoldurma məntəqəsində sürücü ilə operator arasında dava düşüb.  BAKU.WS xəbər verir ki, azxeber.com-a göndərilən videoda, “Lukoil” yanacaqdoldurma məntəqsində maşınına yanacaq vuran sürücü aldadıldığının fərqinə varıb. O, operatora yaxınlaşaraq onun

BNA-nın baş direktoru: “İslam Həmrəyliyi Oyunları zamanı tamaşaçıların daşınması üçün 228 avtobus cəlb olunub”BNA-nın baş direktoru: “İslam Həmrəyliyi Oyunları zamanı tamaşaçıların daşınması üçün 228 avtobus cəlb olunub”

“Nəqliyyat tədbirlərinin düzgün koordinasiyası paytaxt sakinlərinin gündəlik həyatında yarana biləcək maneələrin minimuma endirilməsinə imkan verəcək”. AvtoReyd.Az APA-ya istinadən məlumat verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Azərbaycanın birinci