Aparılacaq təmir işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 6-8-ci km-lik hissəsində (Bakı Su İdman Sarayından Bibiheybət məscidinə qədər olan hissəsi – hər iki istiqamət) nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə, məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə saxlanılacaq.

Sürücülərdə alternativ olaraq sözügedən yolun “20-ci sahə” ərazisindən keçən hissəsindən istifadə etmələri tövsiyə olunur.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.