Son illər paytaxt Bakıda kifayət qədər yeni piyada keçidləri istifadəyə verilir. Şəhərin mərkəzində yerləşən bu keçidlər təmiz və işıqlı olur. Suraxanı rayonda yerləşən bir keçid isə sözün əsl mənasına zibilxananı xatırladır.
Divarlarına müxtəlif yazılar qeyd edilib. İçərisi əsl zibilixananı xatırladır. Hər tərəfdə sellofan torbalar və butulkalar var.
Zibilxanaya bənzəyən bu məkan yüzlərlə insanın hər gün istifadə etdiyi yeraltı piyada keçididir.Paytaxtın Suraxanı rayonunda Zıg hövhsan yolunun 1 -cı kilometrlıyındə yerləşən keçid baxımsız vəziyyətdədir.
Məsələ ilə bağlı Azəravtoyol ASC-dən bildirilib ki, sözügedən problem araşdırılacaq. Yalnız bundan sonra konkret tədbirlər görmək olar.