Avtoreyd.Az Avtoxəbər Neftçalada avtomobil zavodunun açılışı bu il baş tutacaq – VİDEO

Neftçalada avtomobil zavodunun açılışı bu il baş tutacaq – VİDEO


Azərbaycanda illik istehsal gücü 10 min avtomobil olan zavodunun dekabrda istifadəyə verilməsi nəzərdə tutulub. Minik avtomobili ilə yanaşı kənd təsərrüfatı texnikasının istehsalı ilə məşğul olan birgə müəssisəsinin yaradılması üzərində də İranla danışıqlar aparılır. İqtisadiyyat naziri Şahin Mustafayev “Şimal-Cənub” Nəqliyyat Dəhlizi və Pirallahı Sənaye Parkında tikiləcək əczaçılıq müəssisəsinin son vəziyyətinə aydınlıq gətirib.

Neftçala Sənaye Məhəlləsindəki avtomobil zavodunun dekabrda istifadəyə verilməsi planlaşdırılır.

İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, gələn ay zavodda avadanlıqlar və mexanizmlər quraşdırılacaq. Dekabrda isə zavodun fəaliyyətə başlayacağı gözlənilir. İranla birgə yaradılan müəssisənin illik istehsal gücü 10 min avtomobildir. İldə 2 min avtomobilin isə ixrac edilməsi planlaşdırılır.

Kənd təsərrüfatı texnikasının istehsalı ilə məşğul olan birgə müəssisəsinin yaradılması üzərində də İranla danışıqlar aparılır. Nazir “Şimal-Cənub” nəqliyyat dəhlizindəki son vəziyyət barədə də məlumat verib. O, qeyd edib ki, artıq layihənin birinci mərhələsi başa çatdırılıb.

Şahin Mustafayev Pirallahı Sənaye Parkında İranla birgə tikiləcək əczaçılıq müəssisəsi barədə də danışıb.

Qeyri-neft sektorunun digər sahələri üzrə də İranla birgə müəssisələrin tikintisi ətrafında danışıqlar gedir.

Related Post