Avtoreyd.Az Dörd çarx Sürücülər və piyadalar: Daha çox hansı qaydaları pozur – VİDEO

Sürücülər və piyadalar: Daha çox hansı qaydaları pozur – VİDEO


Bakıda yol hərəkəti iştirakçılarının ən çox hansı qaydaları pozmaları məlum olub. Aparılan araşdırma göstərib ki, yanvar ayından bu günə kimi qaydaları ən çox piyadalar pozublar. Sürücülər isə, daha çox dayanma-durma qaydalarını pozduqları üçün cərimə ediliblər.

Dayanma və durmanın qadağan olduğunu bildirən nişan qoyulub ancaq, bu qaydaya əməl edən yoxdur.

Bu piyadalar isə özlərini təhlükəyə ataraq bir başa yolun hərkət hissəsindən keçirlər. Baxmayaraq ki, yaxınlıqda piyada keçidi var. Görüntülər Paytaxtın müxtəlif yerlərində qeydə alınıb. Dövlət yol polisi idarəsi Bakıda yol hərəkəti ilə əlaqədar sürücülərin və piyadaların ən çox hansı qaydanı pozmaları ilə bağlı araşdırma aparıb. İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, Vaqif Əsədov deyir ki, Bakıda son 10 ay ərzində 70 mindən artıq yol hərəkəti qaydalarını pozan şəxslər barəsində inzibati protokol tərtib edilib.

Dayanma-durma tələbini pozan sürücülərə qarşı tərtib edilmiş protokolların sayı da üstünlük təşkil edir. Həmçinin Bakıda 70 avtoxuliqan barəsində sərt cəza tədbiri görülüb. Ümumilikdə isə ötən illərlə müqayisədə Bakıda baş verən yol qəzalarının sayı azalıb.

Qeyd edək ki,ilin əvvəlindən bu günə qədər 478 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 147 nəfər həlak olub, 442 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Related Post

Şamaxının 5 kəndini birləşdirən yolun təmirinə başlanılıb (Video+Foto)Şamaxının 5 kəndini birləşdirən yolun təmirinə başlanılıb (Video+Foto)

Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, sözügedən yolun tikintisi üçün əraziyə lazımi sayda canlı qüvvə

“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək tarix açıqlandı“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək tarix açıqlandı

Bakı Nəqliyyat Agentliyindən  AvtoReyd.Az-a verilən məlumata görə,martın 17 2018 ci il tarixində “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək. “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin fəaliyyətə başlaması ilə əsasən, ətraf kənd və qəsəbələrdən