AvtoReyd.Az-ın məlumatına görə,Məşhur “Toyoda” şirkəti bu yaxınlarda olduqca maraqlı avtomobili təqdim etdi. Təqdim edilmiş model hələ ki yalnız konseptdir, ancaq şirkətin konstruktorları ən yaxın zamanda bu konsepti reallığa çevirmək istəyirlər.

Avtomobil kuzovunun bir çox elementləri rezindən düzəldilib. Güman edilir ki, belə alternativ materiallardan istifadə əhəmiyyətli dərəcədə avtomobillərin təhlükəsizlik səviyyəsini yüksəltməyə,həmçinin piyadaların iştirakı ilə baş verəcək yol-nəqliyyat hadisələrin ölümcül nəticələrin və ağır travmaların sayını azaltmağa kömək edəcək.

Maraqlıdır ki, kuzovun yumşaq materialı, dəyişə və cərəyanın elektriki təsiri altında yeni formanı “yadda saxlaya” bilər. Artıq yaxın gələcəkdə belə texnologiyanın sayəsində sürücülər avtomobilin zahiri görünüşünü öz zövqlərinə uyğun dəyişdirə biləcəklər.

Xüsusi maraq avtomobilin salonunun dizaynına səbəb olur.Konsept xüsusi səbətə bənzəyir, hansında ki, sürücü özünü ev şəraitində hiss edəcək. Lakin sükan arxasında bu avtomobili idarə edərkən “yayınmaq” lazım olmayacaq,belə ki, avtomobilə istiqaməti və sürəti göstərmək kifayət edəcək.
