Avtoxəbər

“Böyük Şor” yol qovşağından – “20 Yanvar” dairəsinədək olan istiqamət də rənglənəcək

Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

Anoloji işlər bu gün axşam saatlarından 22:00 – dan başlayaraq Ziya Bünyadov prospektinin “Böyük Şor” yol qovşağından – “20 Yanvar” dairəsinədək olan hissəsində aparılacaq.

Qeyd edək ki, rənglənmə işləri səhər saatlarınadək başa çatdırılacaq.

“Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə olunur. 

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.