Avtoreyd.Az Gündəm Azərbaycanda idmançılar barədə kəskin qərar

Azərbaycanda idmançılar barədə kəskin qərar


Cinayət Məcəlləsinin 143-1-ci maddəsinə (Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə) yeni cəza — azadlığın məhdudlaşdırılması əlavə olunub. Həmin maddəyə təklif olunan variantda deyilir ki, dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

Mövcud variantda isə deyilir ki, dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Qeyd edək ki, dəyişiklik ötən həftə parlamentin iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Related Post

Sürücülərə şad xəbər – Yusif Səfərov küçəsi bu gecədən etibarən açılacaq – VİDEOSürücülərə şad xəbər – Yusif Səfərov küçəsi bu gecədən etibarən açılacaq – VİDEO

Bir neçə müddətdir ki, təmirə dayandırılan paytaxtın əsas işlək yollarından olan Yusif Səfərov küçəsi bu gecədən etibarən açılacaq. Mərkəzi küçələrdən biri olan bu yolun bağlanması nəqliyyatın hərəkətində müəyyən problemlərə səbəb