Səudiyyə Ərəbistanında yaşayan qadınlar avtomobil sürmək hüququ əldə etmək istəyirlər. Bununla əlaqədar onlar səs-küysüz etiraz aksiyası təşkil ediblər. Bu haqda The Independent məlumat verib.
Aksiya çərçivəsində ərəb qadınları tənha gəzintilərini mobil telefonun kamerasına çəkiblər.
“Biz, qadınları, bütün yük kişilərin üzərinə düşməlidir ideyasını rədd edərək, təkbaşına olaraq gəzintiyə çıxmağa və gündəlik işləriylə məşğul olmağa ruhlandırmaq istəyirik”, – aksiyanın təşəbbüskarı Məryam Əlhubey Twitter-də belə yazıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının qanunlarına görə, qadın yanında qohum kişi olmadan nə səyahət edə bilər, nə də maliyyə əməliyyatları həyata keçirə bilər. Hətta, qadın icazəsiz olaraq bəzi tibbi prosedurları belə keçə bilməz. Səudiyyə Ərəbistanda həmçinin 1957-ci ildən qadınlara avtomobili idarə etmək də qadağandır.