Avtoreyd.Az Dörd çarx Bu görüntülər sizi şoka salacaq: Minik avtomobili hərəkət istiqamətinin əksinə gedir – VİDEO

Bu görüntülər sizi şoka salacaq: Minik avtomobili hərəkət istiqamətinin əksinə gedir – VİDEO


Minik avtomobillərindən biri hərəkət istiqamətinin əksinə gedir. Belə bir görüntü vətəndaşlar tərəfindən çəkilərək “XəzərXəbər”in votsap nömrəsinə göndərilib. Bu cür hərəkət edən sürücülər həm özlərini, həm də qarşıdan gələn avtomobildəki insanların həyatını təhlükə altında qoyurlar.

Adətən sərnişin daşımaqda istifadə edilən bu avtomobil müəyyən olunan istiqamətin əksinə hərəkət edir.

Hətta qayda pozuntusuna baxmayaraq yolun kənarı ilə də deyil, əsas hərəkət zolaqlarının biri ilə hərəkətinə davam edir.

Görüntülər Bakı-Salyan yolunda mobil telefonla çəkilərək “XəzərXəbər”in votsap nömrəsinə göndərilib. Görüntülərdə minik avtomobili sürücüsünün özünü və qarşıdan gələn avtomobildəki insanları necə təhlükəyə atdığı əks olunub.

Ekspert Ərşad Hüseynov bildirir ki, bu cür hərəkət həm qanunla qadağan, həm də olduqca təhlükəlidir.

Ekspert bildirir ki, yol hərəkət qaydalarını bu cür pozan şəxslər üçün qanunvericilikdə ayrıca maddə də var.

Onu da qeyd edək ki, Bakı-Salyan yolunda geriyə dönmələr bir neçə kilometrdən bir qoyulduğundan sürücülər vaxta və məsafəyə qənaət etmək üçün bu üsula əl atırlar. Bu isə dəhşətli qəzaların yaşanmasına səbəb ola bilər.

AvtoReyd.Az

Related Post

Abay Kunanbayev küçəsi əsaslı şəkildə təmir olundu – VİDEO / FOTOAbay Kunanbayev küçəsi əsaslı şəkildə təmir olundu – VİDEO / FOTO

Yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən sıxlığın aradan qaldırılması istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər davam

Balaxanı yolunda hərəkət məhdudlaşdırılır – XƏRİTƏBalaxanı yolunda hərəkət məhdudlaşdırılır – XƏRİTƏ

AZƏRAVTOYOL-dan AvtoReyd.Az-a verilən məlumata görə,Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar bu gündən etibarən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Zabrat-Maştağa yolu ilə kəsişməsindən Balaxanı qəsəbəsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq. Qismən məhdudlaşma