Avtoreyd.Az Avtoxəbər Avtoservislərdə müştərilər aldadılır – Ehtiyat hissələri baha satılır – VİDEO

Avtoservislərdə müştərilər aldadılır – Ehtiyat hissələri baha satılır – VİDEO


Bakıda müxtəlif avtomobil markalarına məxsus rəsmi avtoservislər ehtiyyat hissələrini adi dükanlara nisbətən baha satırlar.

Xezerxeber.az məlumat verir ki, bunu avtomobil ehtiyyat hissələri satışı ilə məşqul olan şəxslər də təsdiqləyir. Halbuki, hər iki yerdə eyni istehsalçıya məxsus məhsullar satılır. Qiymət fərqi, xüsusilə az satılan mallarda daha çox hiss olunur.

Araşdırmamız göstərir ki, rəsmi servislərlə dıgər satış məntəqələri arasındakı qiymət fərqi avtomobilin yağ filtrlərində 3, hava filterində 5, əyləc lövhələri və yastıqlarında 10, asqı sistemində 15, gövdə hissələrində isə 20 faiz olur. Bu qiymət fərqləri avtomobilin marka və modelindən aslı olaraq arta və yaxud azalada bilir.

Qeyd edək ki, bəzi servislər zəmanətlə olan avtomobillərin xarab olmuş detallarını yalnız onlardan alınan məhsullarla dəyişilməsini tələb kimi qoyur və digər dükanlardan, hətta orginal mal alındıqda belə avtomobili zəmanətdən çıxarırlar.

Related Post

İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib (Foto)İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib (Foto)

İsmayıllı rayon Polis Şöbəsinin Yol Polisi Bölməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində İsmayıllı şəhərinin küçələrində, İsmayıllı-İvanovka