2040-cı ildə yollarda 266 milyon ədəd elektrik avtomobili olacaq. Trend-in məlumatına görə, bu barədə OPEK-in hesabatında bildirilir.

2015-ci ildə yaydığı hesabatda 2040-cı il üçün 46 milyon ədəd elektromobil olacağını təxmin edən OPEK sonuncu məruzəsində bu rəqəmi 6 dəfə artıraraq 266 milyon göstərib.

Elektrik avtomobili sənayesində müşahidə olunan canlanma digər qurumları da proqnozlarını dəyişdirməyə məcbur edir. Belə ki, Beynəxalq Energetika Agentliyi 2030-cu il üçün daha öncə 23 milyon ədəd elektromobil olan proqnozunu artıq 58 milyon göstərir. “Exxon Mobil” isə 2040-cı il təxminini 100 milyon ədəd (bundan əvvəl 65 milyon) qeyd edib.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.