Sankt-Peterburq şəhər sakini öz xanımının avtomobilinə beton tökdürüb. Hadisənin şahidlərinə o, bu addımı arvadı ilə münasibətlərində yaşananan böhranla bağlı atdığını deyib. Kişinin səbrinin daşmasına səbəb olan son damla isə həyat yoldaşının reklam aksiyasına görə onun soyadından imtina edərək, dəyişməsi olub.
Şəhər prospektlərinin birinə beton qarışdıran gətirdən kişi, daha sonra qırmızı rəngdə olan xarici avtomobilin qapılarını öz açarıyla açaraq, təəccüblənmiş sürücüdən, betonu avtomobilin salonuna boşaltmağı tələb edib.
Kişi, ətrafdakılara bu addımı xanımının hərəkətindən dilxor olduğu üçün ondan qisas almaq məqsədi ilə atdığını bildirib. Əvvəllər də, arvadının ona xəyanət etməsindən şübhələndiyini və indi də ərinin razılığı olmadan soyadını dəyişdirdiyi üçün ona qəzəblənib.
Həm də qadın bu addımı elə-belə atmayıb, pula görə edib. Belə ki, Peterburq şəhərinin ticarət şəbəkələrindən biri vətəndaşlara vəd edib ki, kim pasportundakı məlumatlara dəyişiklik etsə, ona 50 min rubl ödəniləcək.