Avtoreyd.Az Gündəm Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı


Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 11-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 14-17° isti, Bakıda gecə 9-11° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 13-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 14-19° isti, dağlarda 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

AvtoReyd.Az

Related Post

İslamiada zamanı rayon qeydiyyatlı avtomobillərin Bakıya girişinə qoyulan məhdudiyyətin müddəti saat yarım uzadılıbİslamiada zamanı rayon qeydiyyatlı avtomobillərin Bakıya girişinə qoyulan məhdudiyyətin müddəti saat yarım uzadılıb

“2015-ci ildən Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının müvafiq qərarına əsasən, rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin yay aylarında saat 07.30-dan axşam saat 21.00-dək Bakıya daxil olmasına müəyyən məhdudiyyətlər tətbiq olunur.

Şəkidə 18.2 km-lik avtomobil yolunun tikintisi bitmək üzrədir – VİDEOREPORTAJ / FOTOŞəkidə 18.2 km-lik avtomobil yolunun tikintisi bitmək üzrədir – VİDEOREPORTAJ / FOTO

“Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a veriləm məlumata görə,Şəki şəhərində bu cür layihələrdən birinin icrası artıq yekunlaşmaq üzrədir. Söhbət 18.2 km uzunluğunda olan Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolundan gedir. Layihə çərçivəsində avtomobil yolunun 2.1