Bakıda daha bir yol bağlanıb.AvtoReyd.Az–ın məlumatına görə, paytaxtın Bakixanov qəsəbəsində yerləşən Yavər Əliyev küçəsi bağlanıb.Adı çəkilən küçədən üzü Ziya Bünyadov və H.Əliyev prospektləri istiqamətində və əks istiqəmətdə hərəkət edən sürücülər alternativ olaraq Bakixanov qəsəbəsi ilə Qara Qarayev istiqamətinə və Aeroport istiqamətinə hərəkət edə bilərlər.Xatırladaq ki,yol “Azərsu” ASC tərəfindən aparılan təmir işləri ilə əlaqədar bağlanılıb.


