Tərtibatçılar unitaz təmizlənməsini öz üzərinə götürə biləcək “SpinX” robotunun layihəsini təqdim ediblər.
İKT.lent.az-ın Rueconomics.ru saytına istinadən məlumatına görə, bu cihaz hazırda mövcud olan unitazın oturacağını və qapağını əvəz edəcək.
O, komplektdə mövcud olan şlanq vasitəsilə su xəttinə qoşulur. Düymənin basıldığı zaman isə unitazın qapağında mexaniki əl açılır və fırlanan tükcüklər öz işinə başlayır.
“Naked Science” nəşrinin məlumatına görə, robot unitazın üst örtüyünü tam təmizləyir. Bütün təmizləmə prosesinə isə cəmi 89 saniyə vaxtı gedir.
Qeyd etmək lazımdır ki, bu layihənin reallaşdırılması üçün vəsaitin toplanması kraundfandinq platformalarının birində keçirilir.