AvtoReyd.Az-ın məlumatına görə,QAZ istehsalçıları Rusiya bazarına yüngül ticarət avtomobillərinin çıxardılması imkanı haqqında düşünür, həmin avtomobili ölçülər və yükqaldırma qabiliyyətinə görə alman modeli Volkswagen Caddy-ılə müqayisə etmək mümkün olacaq. Bu haqda 2017-ci ilin mart ayında “Rus maşınları” şirkətinin direktorlar şurasının sədri Ziqfrid Volf bildirib.
Drom nəşrinə müsahibəsində QAZ Qrupun keçmiş şef-dizayneri İqor Bezdornıx məlumat verib ki, yeni yüngül ticarət avtomobilinin yaradılması üzrə işlər artıq altı il əvvəl mütəxəssislər tərəfindən aparılır. Təxmini model baxımından yenilik Soboldan bir pillə qeri qalacaq.
