Avtoreyd.Az Avtoxəbər Almaniyada Stalini gəzdirən şəxsi əntiq ZİS avtomobili satışa çıxarılıb.

Almaniyada Stalini gəzdirən şəxsi əntiq ZİS avtomobili satışa çıxarılıb.


Almaniyada 8 milyon yarım avroya Stalinin əntiq ZİS-ni satışa çıxarıblar. Bunu manata çevirsək, təsəvvür edin ki,bu məbləğə nə qədər müasir  avtomobil almaq olar!!! Sovet istehsalı olan avtomobilin satışı haqda elana alman onlayn-hərraclarından birində rast gəlinib.Əntiq avtomobil satıcısının sözlərinə görə, bu avtomobil məhz Stalinin özünə, 1960-cı ildən isə keçmiş SSRİ-nin əməkdar artislərindən birinə xidmət edib.Aktrisanın adı açıqlanmasa da,Stalinin bu avtomobildən istifadə etməsi barədə heç bir sübut yoxdur.

Şəkillərə əsasən 1946-cı il istehsalı olan avtomobil  yaxşı vəziyyətdədir.Göründüyü kimi, 8 550 000 avro dəyərində satışa çıxarılan avtomobilin  kosmik qiyməti bu səbəbdən ortaya çıxır.

Həmçinin o da məlumdur ki, Stalin ZİS-in təkmilləşdirilmiş zirehli versiyasında – 115 və ya 110S ola-ola, standart 110 modeldə hərəkət etmirdi. Amma qeyd etməyə dəyər ki, yaxşı vəziyyətdə olan belə modeli indi həqiqətən haradan əldə etmək olar?

ZİS-110-da  kapotun altında  6,0-litrlik və səkkiz silindirli mühərrik var.140 at gücünə malik ZİS-in cəkisi isə 2.5 tondan artıqdır.

Related Post

Bakıda SSRİ nazirlərinin avtomobili satışa çıxarıldı – “Çayka”nın qiyməti 85 min manatdır (Video)Bakıda SSRİ nazirlərinin avtomobili satışa çıxarıldı – “Çayka”nın qiyməti 85 min manatdır (Video)

Bakıda bir vaxtlar SSRİ-nin iki nazirinin istifadəsində olmuş antikvar avtomobil satılır. Sovet dövrünün ən uzun müddətli xarici işlər naziri olmuş Andrey Qromikonun avtomobili sonradan onun xələfi Eduard Şevardnadzeyə keçir. İllər

Ural T25.422 dartıcı-qoşqulu yük avtomobilinin yol versiyası təqdim edilib (Fotolar+Video)Ural T25.422 dartıcı-qoşqulu yük avtomobilinin yol versiyası təqdim edilib (Fotolar+Video)

Avtoreyd.az bildirir ki, Comtrans-2017 sərgisində ümumi istifadə edilən yollar üzrə hərəkət üçün sertifikatlaşdırılmış “Ural” dartıcı-qoşqulu yük avtomobili təqdim edilib. Avtomobil 44 tona qədər kütləylə avtoqatar tərkibində hərəkət üçün nəzərdə tutulub. Zəruri