Avtoreyd.Az AvtoSığorta Sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya alınması üçün attestasiya keçiriləcək

Sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya alınması üçün attestasiya keçiriləcək


Maliyyə Bazarlarına Nəzarət Palatası cari ilin 16, 20, 21 və 22 noyabr tarixlərində sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi üçün attestasiya keçirəcək.

Palatdan  verilən məlumata görə, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndi ilə tənzimlənən attestasiyada ümumilikdə 63 nəfərin iştirakı planlaşdırılır.

Attestasiyada iştirak etmək üçün iştirakçılar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

APA/

Related Post

Yaşıl Kart nədir?Yaşıl Kart nədir?

Son illər Azərbaycanın regionda yerləşən həmsərhəd dövlətlərlə turistik və ticari əlaqələrinin davamlı inkişafı fonunda ölkəyə gələn əcnəbi turistlərlə yanaşı, qonşu ölkələrə səfər edən azərbaycanlıların da sayının artması müşahidə edilir. Yaxın