Xidmət keyfiyyətinin yüksəldilməsi və internet trafikinin artırılması məqsədi ilə “Bakinternet”in texniki platformasında təkmilləşdirmə işləri aparılacaq.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən “APA-a verilən məlumata görə, profilaktik işlər zamanı noyabrın 15-dən 16-na keçən gecə saat 04:00–dan 06:00-adək paytaxtın bəzi ərazilərində internet təminatında fasilələr yarana bilər.

“Yarana biləcək kəsintilərə görə sizdən üzr istəyir və profilaktik tədbirləri nəzərə almağınızı xahiş edirik”, – deyə məlumatda vurğulanıb.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.