Avtoreyd.az bildirir ki, amerikalı Attaulla Malik 10 yaşlı oğlunun anasının iPhone X telefonunu Face ID-in köməyi ilə blokdan çıxardığını aşkar edib. Hərçənd ki əvvəlcədən sistem onun üzünün tanınmasına qurulmamışdı.
Bununla belə Attaullanın smartfonunu oğlu blokdan çıxara bilmir. Valideynlər ehtiyat edirlər ki, birdən uşaq valideynlərinin telefonu vasitəsi ilə alış-veriş edə, həmçinin yazışmalarını oxuya bilər. Amma buna baxmayaraq onlar Face ID-dən imtina etmək istəmirlər. Qeyd edək ki, texnologiyanın təqdimatı zamanı Apple xəbərdarlıq edirdi ki, Face ID 14 yaşdan aşağı uşaqlar tərəfindən istifadə vaxtı düzgün işləməyə bilər.