Avtoreyd.Az Dörd çarx Binəqədi şosesində yenidənqurma işləri davam etdirilir – VİDEO

Binəqədi şosesində yenidənqurma işləri davam etdirilir – VİDEO


Binəqədi şosesində “Azəravtoyol” ASC tərəfindən aparılan yenidənqurma işlərinin 2-ci mərhələsi davam etdirilir.

ASC-nin mətbuat xidmətindən AvtoReyd.Az-a bildirilib ki, yenidən qurulan yolun uzunluğu 2,6 kilometr təşkil edir. Layihə çərçivəsində yol 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağı enində bərpa olunur. Hərəkət hissəsinin eni 15 metr və 1 metr enində boya ilə xətlənmiş ayrıcı zolaq da olmaqla yolun ümumi eni 19 metr təşkil edəcək.

Aparılan yenidənqurma işləri çərçivəsində yararsız qrunt çıxarılaraq əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol əsası inşa olunub. Hazır olan hissələrə isə 3 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Layihə çərçivəsində yolun 1,6 kilometrlik hissəsi asfaltlanıb. Ümumilikdə isə yolun 40 min kvadratmetrdən çox hissəsinin asfaltlanması nəzərdə tutulub.

Asfaltlanma işlərinə paralel olaraq vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə hər bir tərəfdə 1,5 metr enində yeni piyada səkiləri inşa olunur, kənarlarına isə 4600 poqonmetr yeni səki daşları düzülür.

Bundan başqa, intensiv yağışlar zamanı yolun su ilə dolmasının qarşısını almaq üçün 4-cü qapı küçəsi ilə kəsişmədə və “4 yol” deyilən ərazidə tullantı sularının axıdılması üçün nəzərdə tutulmuş kanalların suyunun Binəqədi şosesinin altından ötürülməsini təmin edən və ötürmə qabiliyyətini itirmiş köhnə borular yeniləri ilə əvəzlənib. Ümumilikdə 5 nöqtədə 8 yeni borunun tikintisi, 2-nin isə təmiri işləri aparılıb. Boruların uzunluğu yerlərdən asılı olaraq 25-35 metrdir, diametri isə 800 və 1200 millimetrdir. Boruların üstü 18 metr uzunluğunda və 6,5 metr enində monolit-betonla örtülüb.

Eyni zamanda, yol boyu yeni 2,8 kilometr uzunluğunda yağış kollektoru və 2 böyükhəcmli kollektor quyular inşa edilib. Yol səthindən yağış sularının kənarlaşdırılaraq kollektora yönəldilməsi məqsədilə yolun hər bir istiqaməti üzrə 300 millimetrlik drenaj borular çəkilib və yağış barmaqlıqları quraşdırılıb.

Qeyd olunub ki, layihəyə uyğun olaraq avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədilə 6 yerdə “cib”li dayanacaqlar tikiləcək, yolun hər bir tərəfində yeni işıq dirəkləri, hərəkətin normal təşkili üçün isə zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin yolun xətlənməsi işləri aparılacaq.

İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

Related Post

Şamaxıda 4 yaşayış məntəqəsini əhatə edən yolun yenidən qurulması yekunlaşır (Video+Foto)Şamaxıda 4 yaşayış məntəqəsini əhatə edən yolun yenidən qurulması yekunlaşır (Video+Foto)

Yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir. Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi avtomobil yolunun en və uzunluq profilləri tikinti norma və qaydalarına uyğun olmadığı,