Avtoreyd.Az Gündəm Ölkə ərazisində 23 dərəcə isti olacaq, amma bir günlük…

Ölkə ərazisində 23 dərəcə isti olacaq, amma bir günlük…


Aprelin 8-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Arabir zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-9, gündüz 15-20 dərəcə, Bakıda gecə 6-8, gündüz  17-19 dərəc isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 18-23 dərəcə, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra aprelin 9-u axşam qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 11-i gündüzədək qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-7 dərəcə enəcək.

http://www.youtube.com/watch?v=Q8GLQG0Icow

Related Post

Müşviqabad qəsəbəsində 2 yerüstü piyada keçidinin inşası yekunlaşır – FOTOMüşviqabad qəsəbəsində 2 yerüstü piyada keçidinin inşası yekunlaşır – FOTO

“Azəravtoyol” ASC-dən AvtoReyd.Az–a verilən məlumata görə,Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşviqabad qəsəbəsi ərazisindən keçən 23.5-ci və 24.4-cü km-lik hissələrində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədi ilə inşa edilən 2