Avtoreyd.Az Maraqlı İordaniyalı Məhəmməd Əl Malahim köhnə Volkswagen-ini kiçik mehmanxanaya çevirib (Video)

İordaniyalı Məhəmməd Əl Malahim köhnə Volkswagen-ini kiçik mehmanxanaya çevirib (Video)


Avtoreyd.az bildirir ki, Məhəmməd Əl Malahim bu addımı ilə doğma kəndi Əl Cayəyə diqqət cəlb etmək və buranı regionun görməli yerlərindən birinə çevirmək niyyətindədir.

İki nəfərlik mehmanxanada bir gecəlik ödəniş 57 dollardır. İordaniyalının beş ulduzlu mehmanxananın bir otağı ilə müqayisə etdiyi avtomobili bəzəməyə, Məhəmməd Əl Malahimin qızı kömək edib: o, döşəkağılar və balışlar tikib, onları milli naxışlarla və müxtəlif rəngli muncuq dənələri ilə bəzəyib.

Mehmanxana sahibinin qəbul otağı yaxınlıqdakı mağarada yerləşir. Burada turistlər qəhvə içə və ənənəvi İordaniya qəlyanaltılarını dada bilərlər. Həmçinin yaxınlıqda zərgərlik məmulatları, misdən və qiymətli daşlardan hazırlanan bəzək əşyalarının satıldığı Məhəmmədə məxsus suvenir mağazası da fəaliyyət göstərir.

Related Post

Soyğunçular hərəkətdə olan yük avtomobilindən yarım milyon avroluq ayfon oğurlayıblar (Video)Soyğunçular hərəkətdə olan yük avtomobilindən yarım milyon avroluq ayfon oğurlayıblar (Video)

Avtoreyd.az bildirir ki, Niderland polisi 33-43 yaş arası beş rumın vətəndaşını saxlayıb. Polisin versiyasına görə, soyğunçular oğurluq üçün xüsusi təchiz edilmiş mikroavtobusdan istifadə ediblər. Həmin nəqliyyat vasitəsi ilə onlar gecə vaxtı