Avtoreyd.az bildirir ki, Kiyevdən olan Ruslan adlı bacarıqlı usta köhnə “Zapı”nı saatda 200 km-yə qədər maksimal sürətlə hərəkət edən güclü drift-maşına çevirib. Bunun üçün ona bir çox sovet avtomobil hissələrinin yerinə müasir detalları quraşdırmaq lazım olub.

Kiev sakininin sözlərinə görə, o uzun müddət idi ki, sürətli  və cəld drift-maşınının yığılması haqqında düşünürdü. Ancaq bunun üçün uyğun kuzov tapa bilmirdi.

Nəticədə il yarım çəkən zəhmətdən sonra təxminən 11 min dollardan bir qədər artıq xərc çəkilməklə, “Zapı”ya 5-ci seriya BMW-nin mühərriki ilə birlikdə ötürmə qutusu və alman istehsalının praktiki olaraq bütün qalan hissələri quraşdırılmaqla, Ukrayna yollarında “Zazobimer” adında balaca əjdaha şütüməyə başlayıb.

http://www.youtube.com/watch?v=d9INyiT3prw

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.