Avtoreyd.Az Dörd çarx “ Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisi davam etdirilir “

“ Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisi davam etdirilir “


Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin sərəncamına əsasən “Azəravtoyol” ASC tərəfindən yenidənqurma işlərinə start verilib.

“Azəravtoyol” ASC-dən AvtoReyd.Aza verilən məlumata görə, avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla, 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Yol yatağının eni 10 metr təşkil edir. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyin hissələr daxildir.

Avtomobil yolunun ümumi uzunluğu 72 km təşkil edir. Yolun 51 km-i Cəlilabad rayonu, 21 km- isə Yardımlı rayonu ərazisindən keçir.

Bundan öncə yolun Cəlilabad rayonu ərazisinə düşən 51 km-lik hissəsinin 35 km-də yenidənqurma işləri aparılaraq yekunlaşdırılıb. İki rayonu birləşdirmək baxımından mühüm əhəmiyyətə malik avtomobil yolunun tikintisinin 2-ci mərhələsi hazırda Cəlilabad rayonu ərazisində qalan 16 km-lik hissədə aparılır.

Cəlilabad rayonu ərazisində aparılan yenidənqurma işlərinin bu ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılıb. Növbəti, 2018-ci ildə isə yolun digər hissəsinin, yəni Yardımlı rayonu ərazisinə düşən 21 km-lik hissəsinin tikintisi nəzərdə tutulub.

Qeyd edək ki, Cəliabad və Yardımlı rayonları arasında yeni bir bağlantı yaradacaq yolun yenidən qurulması ilə 59 yaşayış məntəqəsinin 60 mindən çox əhalisinin gediş-gəlişi rahatlaşacaq, yük və sərnişin daşınması isə asanlaşacaq.

Related Post

Sürücülərin nəzərinə:Bu yolda təmir işləri aparılırSürücülərin nəzərinə:Bu yolda təmir işləri aparılır

Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən malumata görə,avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 130-160 km km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində

M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi davam etdirilir (Video+Foto)M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi davam etdirilir (Video+Foto)

Regionların davamlı və tarazlı inkişafının təmin olunması üçün müasir yol infrastrukturunun yaradılması müstəsna əhəmiyyət kəsb edir. Son illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası nəticəsində ölkəmizdə magistral, yerli əhəmiyyətli

Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolu yenidən qurulur (Video+Foto)Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolu yenidən qurulur (Video+Foto)

Sənayenin, turizmin və kənd təsərrüfatının inkişafına təkan verən və  bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirən avtomobil yollarının yenidən qurulması işləri geniş vüsət alıb. Yardımlı rayonunda cari ildə uzunluğu 22 km olan avtomobil yolu əsaslı şəkildə